"Xalq üçün mallar" ASC (VÖEN: 1600174731)-nin səhmdarlarının iclası ləğv edilir.
FED.az xəbər verir ki, yığıncağın 8 sentyabr 2025-ci ildə saat 12:00-da keçirilməsi nəzərdə tutulurdu.
Ümumi yığıncağın gündəliyinə ASC-nin icra orqanının, Direktorlar (Müşahidə) şurasının Sədr və üzvlərinin seçilməsi, Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi və ötən il üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin təhlili və təsdiqi kimi məsələlər daxil idi.
Qeyd edək ki. "Xalq üçün mallar" ASC 1 dekabr 2004-cü ildə yaradılıb, qanuni təmsilçisi Saməddin Qasımov Hümmət oğludur. Şirkət 1 milyon 144 min 108 manat nizamnamə kapitalına malikdir.
Hüquqi ünvanı AZ1034, BAKI ŞƏHƏRİ SABUNÇU RAYONU, ROMANA ŞTQ, Ə.BAĞIROV, ev.12 ünvanıdır.