Tokionun araşdırma və informasiya holdinqi olan "Fisco" bu ayın sonunda 300 mln. yendən (2,7 mln. dollar) artıq olan kriptovalyuta fondunu işə salacaq. "Novator.io" saytının məlumatına görə, Fondun məqsədi "Bitcoin" və digər kriptovalyutalara investisiya qoymaq olacaq.
Yaponiya və ondan kənarda səhm, xarici birjalar, istiqrazlar və əmtəə aktivlərini əhatə edən Holdinqin yeni investisiya fondu xüsusilə kriptovalyutalara investisiya yatırımları üçün nəzərdə tutulub. "Nikkei" birjasının hesabatına görə, "Fisco" cəlb edəcəyi kapitalla yanaşı öz vəsaitlərindən də sərmayə kimi istifadə edəcək.
Fond kriptovalyutaların qiymətinin artması ilə yanaşı, müxtəlif birjalarda yaranan arbitrajdan istifadə edərək mənfəət əldə etməyə çalışacaq.