Bir neçə gün əvvəl ABŞ-ın kriptovalyuta bazarında tarixi əhəmiyyəti olan hadiçə baş verib.
ABŞ-ın Bank Nəzarəti İdarəsi - OCC avqustun 14-də World Liberty Trust Company üçün milli bank nizamnaməsini təsdiqləyib.
FED,az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu qərarın əhəmiyyəti təkcə banka dlisenziya verilməsində deyil - ABŞ-ın Bank Nəzarəti İdarəsinin bu qərarı kriptovalyuta şirkətlərinin ABŞ-ın ənənəvi bank sisteminə daxil olmasına «yaşıl işıq» yanması deməkdir.
Lisenziyaya əsasən yeni qurum - World Liberty Trust Company bankı adi pərakəndə bank kimi depozit qəbul etməyəcək. Onun əsas fəaliyyəti rəqəmsal aktivlərin saxlanması, müştərilərin kriptoaktivlərinə kustodian xidmətləri və əlaqəli maliyyə əməliyyatlarından ibarət olacaq. OCC qərarında əsas məqam - bu xidmətlərin milli trust-bank modelinə uyğun olduğunu bildirməsidir.
Qeyd edək ki, World Liberty Financial-ın əsas məhsullarından biri USD1 stablecoin-dir. OCC -nin banka verdiyi yeni sənəddə yeni bankın müəyyən rəqəmsal aktivlər üçün saxlama və konversiya xidmətləri göstərə biləcəyi qeyd olunur.
Başqa sözlə qərarın daha geniş biznes əhəmiyyəti ondadır ki, bu yanaşma ABŞ-da kriptovalyuta şirkətlərinin “fintech” statusundan tədricən tam tənzimlənən maliyyə institutlarına keçməsini göstərir.
Xatırladaq ki, bu ABŞ-ın Bank Nəzarəti İdarəsinin kriptovalyutalarla bağlı ilk qərarı deyil - OCC 2026-cı ildə Coinbase, Ripple, Wise və digər rəqəmsal maliyyə şirkətləri ilə əlaqəli milli trust-bank müraciətlərini də təsdiq və ya nəzərdən keçirib.
Yeni qərar kriptoinvestorlarla yanaşı, adi vətəndaşlara və biznesə də təsir edəcək. Məsələ bundadır ki, kriptovalyutaların leqallaşması onlarla əməliyyatlara marağı artıracaq. Hələlik kriptovalyutaların real iqtisadi faydası onlar vasitəsilə sürətli və ucuz pul köçürmələri etməkdir. İndi onların leqallaşması nəticəsində ki, kriptovalyutalarla köçürmə əməliyyatlarının artması gözlənilir.
Bu isə indiyədək bu sahənin liderləri sayılan Visa, Mastercard və digər klassik banklar üçün yeni rəqabət yaradır. Stablecoin-lərin kommersiya ödənişlərinə daxil olması sürətlənərsə, beynəlxalq pulköçürmələri və elektron ödənişlərdə komissiyaların aşağı düşməsi mümkündür.













