“Unicapital İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.AZ xəbər verir ki, yığıncaq 05.08.2026-cı il tarixdə, saat 15:00-da Bakı şəhəri, Rəşid Behbudov 55 ünvanında yerləşən “Unibank”ın Baş ofisində keçiriləcək.
Yığıncağın gündəliyinə “Unicapital İnvestisiya Şirkəti” ASC-nin idarəetmə orqanları ilə bağlı məsələ daxildir.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlərlə bağlı materiallarla tanış olmaq üçün məsul şəxs Cəmiyyətin əməkdaşı Nilufər Qədimli təyin edilmişdir.
Yaranan suallarla əlaqədar olaraq [email protected] e-mail ünvanına müraciət etməyiniz xahiş olunur.















