Dünyanın əsas elektrik avtomobil istehsalçılarından biri olan ABŞ-ın «Tesla» şirkətinin səhmləri kəskin ucuzlaşıb.
FED.az biznes və maliyyə xəbərləri portalı «Bloomberg»ə istinadən xəbər verir ki, «Tesla» özünün yeni məhsulu olan robotaxinin buraxılışını təxirə salmaq qərarından sonra şirkətin səhmləri dəyərinin 8,4%-ni itirib.
Elektrikli avtomobillər doğrudanmı göstərilən qədər yol gedir? - MARKALAR, SİYAHI – ARASDIRMA
Nəticədə iyulun 10-da 263 dollar olan səhmlər 240 dollara və 235 dollara enib. Amma sonradan bir qədər korreksiya edərək 248 dollara yüksəlib.
“Mercedes-Benz” “Tesla”nı keçərək dünyanın ən bahalı avtomobil markası olub
Ümumilikdə son bir ildə «Tesla»nın səhmləri 43 dollar və ya 15%-ə yaxın ucuzlaşıb – bir il əvvəl «Tesla» səhmləri 291 dollara qədər yüksəlmişdi. Apreldə isə şirkətin mənfi rekordu qeydə alınıb – 142 dollar.
Səhmlərin qiymətindəki qeyri-sabitlik investorların «Tesla»ya inamını azaldıb. «UBS Group AG» şirkəti İlon Maskın şirkətinin səhmlərinin reytinqini aşağı salıb. Şirkət elan edib ki, ümumiyyətlə «Tesla»nın səhmləri burada süni intellektin tətbiqi ilə bağlı xəbərlərdən sonra əslində olandan daha sürətli artıb. Qiymət azalmasından əvvəl «Tesla»nın səhmləri «S&P 500» indeksində ilk 10-luqda idi və 44% artmışdı. Əvəzində «Tesla»nın səhmlərinin azaldığı bir vaxtda onun taksi sahəsindəki rəqibləri olan «Uber Technologies» və «Lyft» şirkətlərinin səhmləri müvafiq olaraq 6,1% və 4,6% artıb.
Qeyd edək ki, aprel ayında Mask, özünü idarə edən avtomobilin avqustun 8-də Çində nümayiş etdiriləcəyini açıqlamışdı. İndi isə məlum olub ki, yeni avtomobil oktyabrda təqdim olunacaq.
Xiaomi ilk elektrik avtomobilini təqdim etdi - FOTOLAR
Maskın sözlərinə görə, süni intellektlə idarə olunan avtomobil satışları və istehsalı azalan şirkət üçün əsas artım imkanı olacaq. Qeyd edək ki, hazırda «Tesla» Çinin elektromobil istehsalçıları ilə güclü rəqabətdədir üstəlik, ümumilikdə elektromobil bazarında müəyyən böhran yaşanır, bu da «Tesla»ya mənfi təsir edir. Nəticədə şirkətdə kütləvi ixtisarlar baş verir və bir sıra perspektivli departamentlər bağlanır. Məsələn bir qədər əvvəl ən ucuz «Tesla» modeli layihəsini bağlayıb, halbuki investorların bir hissəsi məhz bu modelə görə «Tesla»nın səhmlərinə pul yatırmışdılar.