Son dövrlər bütün dünyada müşahidə edilən elektrik avtomobilləri «bum»u Azərbaycanı da əhatə edib.
FED.az xəbər verir ki, elektriklə işləyən avtomobillər bu gün davamlı nəqliyyatın mühüm elementi kimi sürətlə populyarlıq qazanır. Bu innovativ nəqliyyat vasitələri həm ekoloji cəhətdən təmiz, həm də enerji baxımından qənaətcil olduğu üçün getdikcə daha çox istehlakçı tərəfindən seçilir.
Xaricdən gətirilən elektromobilə görə – NƏ QƏDƏR GÖMRÜK VERGİ VƏ RÜSUMU TUTULUR? – İZAHAT, MİSAL
Benzin, dizellə deyil elektrik akkumulyatoru ilə işləyən avtomobillərə bir neçə il əvvəldən başlayan maraq, son vaxtlar kəskin artıb. Hökumətin belə avtomobillərin idxalı üçün tətbiq etdiyi indiyədək görünməmiş güzəştlər sayəsində bu avtomobillər daha sərfəli variantlara çevrilməkdədirlər.
Bunun nəticəsidir ki, hazırda Azərbaycanda onlarla şirkət müxtəlif ölkələrin istesalı olan ən müxtəlif model və modifikasiyalarda elektrik avtmobilləri təklif edir.
Birdəfəyə bir neçə 100 kilometri qət edə bilir
Bu elektromobillərin texniki göstəriciləri hətta daxili yanma mühərrikli (benzin və dizellə işləyən) avtomobillərlə müqayisə olunacaq həddədir. Bunların arasında ən mühüm göstərici elektrik maşınlarının birdəfə yükləmə ilə qət etdiyi məsafədir. Açıqlanın reklam məlumatlarına əsasən belə maşınlar birdəfəyə bir neçə 100 kilometri qət edə bilirlər.
Elektromobilin gediş məsafəsi Çin, Avropa və ABŞ-da fərqli ölçülür
Qeyd edək ki, elektrik avtomobillərinin gediş məsafəsi ilə bağlı məlumatlar bir neçə stardarda əsaslanır. Bu standartlar Çin, Avropa və ABŞ tərəfindən müəyyən edilir və bir-birindən fərqlənir. Yəni eyni avtomobillə bağlı gediş məsafəsi ayrı-ayrı standartlara görə fərqli alınır.
Çində gediş məsafəsinin ölçülməsi qaydası CLTC (China Light-Duty Vehicle Test Cycle) metodu ilə həyata keçirilir. Avropada gediş məsafəsi WLTP (Worldwide Harmonized Light-Duty Vehicles Test Procedure) standartı ilə ölçülür. Ekspertlər bildirir ki, Çinin standartı reallıqdan daha çox fərqlənir. Məsələn, Çinin tətbiq etdiyi CLTC metodikası yollarda daha çox saylı dayanacağın olmasını nəzərdə tutur. Bu da Çində yollardakı vəziyyətə uyğundur. Burada çoxsaylı tıxaclar var, avtomobillərin sürəti tədricən artır, orta sürət isə aşağıdır – WLTP-da orta sürət 46 km/saat olduğu halda CLTC-da bu göstərici 29 km/saatdır. Nəticədə CLTC üzrə göstəricilər WLTP üzrə olandan 12–20% daha yüksəkdir.
Ən sərt standart ABŞ-da tətbiq edilən EPA metodudur
Ekspertlər bildirir ki, ən sərt, eyni zamanda obyektiv ölçmə metodu isə ABŞ-da tətbiq edilən EPA metodudur. Bu metodla ölçmə aparılanda şəhər rejimində hərəkət, magistrala 45 km/saat və ya 91 km/saat sürətlə daxil olub-çıxma, 23 dəfə dayanma, eləcə də avtomobilin xaricində temperaturun müsbət 32 dərəcə və mənfi 6 dərəcə olduğu halda kondisionerin qoşulması nəzərə alınır. Nəticədə Çin standartları üzrə avtomobilin göstəriciləri ABŞ standartlarından 20-25% daha yaxşı görünür.
İstehsalçının elan etdiyi və real göstəricilər fərqlənir
Bununla yanaşı, qeyd edək ki, ənənəvi avtomobillərdən fərqli olaraq elektromobillərdən istifadə zamanı bəzi qaydalara əməl etmək tələb olunur. Və həmin tələblərə əməl olunması elektromobillərin istifadəsinə təsir edir. Araşdırma göstərir ki, elektromobillərin istehsalçılar və satıcılar tərəfindən təqdim olunan texniki göstəriciləri reallıqdan fərqlənir.
Elektromobillər üçün yeni enerji yükləmə aparatı yaradıldı – 10 DƏQİQƏYƏ TAM ENERJİ YIĞIR
Məsələ bundadır ki, açıqlanan rəsmi məlumatlar maşının ideal şəraitdə istismarına aiddir. Bura yolun düz olması (eniş-yoxuşlu olmaması), maşındakı əlavə elektik cihazlarından istifadə edilməməsi, batareyanın tam şərjdan sıfıra kimi istifadə edilməsi və sair aiddir.
Real şərait isə ideal şərtlərdən fərqlənir. Bura elektrik cihazlarının istifadəsi, batereyanın düzgün istifadəsi ilə bağlı tələblər aiddir.
Akkumulyatorlarda 20%-80% qaydası
Xüsusilə elektriklə işləyən avtomobillərin geniş yayılmasının qarşısında duran ən böyük maneələrdən biri akkumulyator texnologiyasının məhdudiyyətləri və bu vasitələrin tam doldurma ilə nə qədər məsafə qət edə biləcəyi ilə bağlı qeyri-müəyyənlikdir.
Avtomobil satan şirkətlər avtomobili 80%-dən yuxarı və 20%-dən aşağı şarjla istifadəsini məsləhət görmür. Bu o deməkdir ki, elektromobilin reallıqda qət edəcəyi məsafə reklamda göstərilənldən daha az olacaq. Bundan əlavə avtomobildə radio qoşulu halda , kondisoner işlək vəziyyətdə və işıqlar yanılı vəziyyətdə idarə etdiyimiz zaman qət edə biləcəyimiz məsafə yenədə azalır.
450 km əvəzinə 220-250 km, 518 km əvəzinə 250-260 km...
Məsələn, Azərbaycanda geniş təqdim olunan «Volkswagen ID.3 Pro» elektromobili rəsmi məlumatlara görə, bir dəfəlik tam enerji yığmaqla 450 kilometr gedə bilər. Amma reallıqda – həm elektrik cihazlarının qoşulması, həm də akkumulyatorun enerji yığmasında 20%-80% qaydasına əməl edilməsi nəticəsində bu məsafə əslində 220-250 km-ə düşür.
10 dəqiqəyə bir dəfə doldurmaqla ən azı 1000 km məsafə - TOYOTA YENİ BATAREYALARINI TƏQDİM EDƏCƏK
Tam şarjla 518 kilometr məsafə qət edə biləcəyi qeyd olunan «Chevrolet Menlo Xingyu Edition» avtomobili isə elektrik cihazlarının qoşulması və enerji yüklənməsində 20-80% qaydasının tətliq edilməsi ilə reallıqda 250-260 kilometr məsafə qət edə bilər.
“Real göstərici elan edilən məsafənin 65%-nə bərabərdir”
Elektromobillərin elan edilən gediş məsafəsi ilə - real məsafənin fərqi bütün ölkələrdə diqqət mərkəzindədir. Məsələn, Rusiyanın «China Car Club» şirkətinin ekspertlərinin apardığı araşdırmalara görə, elektromobillərtin real gediş məsafəsi orta hesabla istehsalçının təqdim etdiyi göstəricinin təqribən 65%-nə bərabərdir.
Üstəlik, hətta 65% də şərti göstəricidir və normal iqlim şəraitinə aiddir. Real şərait fərqli, yəni həddən artıq isti və ya olsa, gediş məsafəsi bir qədər də qısalacaq.
Məsələn, Çinin BYD şirkətinin istehsalı olan BYD D1 hetçbeki 70 kVt/saatlıq akkumulyatorla təchiz edilib və rəsmi olaraq bildirilir ki, NEDC siklindən istifadə etməklə bir dəfə doldurmaqla 418 km-ə qədər məsafə qət edə bilir. «China Car Club» şirkətinin ekspertləri isə bildirir ki, 65% qaydasını əsas götürəndə bu avtomobilin real gediş məsafəsi 271 km ətrafında olacaq.
«Geely Automobile»in istehsalı olan elektrik idman avtomobili «Zeekr 001» isə 86-100 kVt batareya ilə təchiz edilib və onun gediş məsafəsi batereya gücündən asılı olaraq 536 ilə 732 km arasında dəyişir. «65% qaydasını tətbğiq etdikdə isə real məsafə təxminən 348-476 km təşkil edir»-deyə ekspertlər bildirir.
Cədvəldə elektrik avtomobillərinin tam doldurulduqda və 20%-80% rejimizndə nə qədər məsafə qət etməsi göstərilib.
Avtomobil modeli |
Batareya gücü (kWh) |
Tam şarj olunduqda qət edəcəyi məsafə (km) |
Elektrik avadanlıqları qoşulanda qət edəcəyi məsafə (km) |
Akkumlyatora "qayğı" (20%-80%) rejimində qət olunacaq məsafə (km) |
Akkumlyator zədə almamasi üçün minimum enerji həddi (%) |
Lotuseletra |
112 |
650 |
570 |
370 |
20 |
Mercedes EQC Ekusi |
80 |
443 |
363 |
163 |
20 |
Karry dolphin |
43.5 |
270 |
190 |
80 |
20 |
Volkswagen ID.3 Pro |
57.3
|
450 |
370 |
220 |
20 |
Volvo Polestar |
78 |
510 |
430 |
250 |
20 |
Chevrolet Menlo Xingyu Edition |
61.1 |
518 |
438 |
260 |
20 |
Volkswagen – Tayron GTE PHEV |
13 |
70 |
40 |
26 |
20 |
Volkswagen ID.6 Crozz Pro |
84.8 |
601 |
521 |
312 |
20 |
Volkswagen ID 4 CROZZ Pro |
84.8 |
605 |
525 |
315 |
20 |
Li L9 |
44 |
200 |
120 |
80 |
20 |
Polestar 2 |
65 |
485 |
405 |
245 |
20 |
DongFeng EX1 |
27 |
321 |
251 |
151 |
20 |
Zeekr 001 |
100 |
700 |
620 |
380 |
20 |
BYD HAN |
86 |
610 |
540 |
330 |
20 |
BYD SEAL |
82 |
650 |
580 |
360 |
20 |
BYD Tang |
109 |
635 |
565 |
340 |
20 |
BYD Seagull Flying Edition |
55 |
405 |
335 |
200 |
20 |
BYD E2 |
47 |
405 |
335 |
200 |
20 |
BYD E3 |
45 |
410 |
340 |
210 |
20 |
Voyah Dreamer |
108.7 |
605 |
545 |
345 |
20 |
Voyah Free Chasing Light |
108.8 |
730 |
650 |
450 |
20 |
Leapmotor C11 |
90 |
550 |
470 |
290 |
20 |
Changan Shenlan SL03 |
58 |
515 |
435 |
250 |
20 |
HONDA ENS-1 |
53.6 |
450 |
370 |
220 |
20 |
MAZDA CX-30 |
61.1 |
480 |
400 |
240 |
20 |