Xiaomi şirkəti ilk elektrik avtomobilini - SU7-ni təqdim edib.
Texniki baxışla yanaşı sürücülərin utilizasiyaya görə ödəyəcəkləri - RÜSUMLARIN MƏBLƏĞİ
FED.az xəbər verir ki, Xiaomi baş direktoru Lei Jun bildirib ki, şirkətin məqsədi Porsche və Tesla ilə rəqabət aparacaq elektromobil yaratmaqdır.
Lei Jun deyib ki, Xiaomi dünyanın aparıcı avtomobil istehsalçısı olmağı planlaşdırır.
SU7 (Speed Ultra) elektrik avtomobilinin gələn il satışa çıxarılacağı gözlənilir. Bloomberg yazır ki, SU7-nin mühərrikinin sürəti Tesla Model S və Porsche Taycan Turbo-dan yüksəkdir. Şirkətin Baş direktoru Lei Jun, Xiaomi-nin elektrik avtomobilinin performans baxımından bu iki modellə rəqabət aparacağını gözləyir. Çində Model S-in qiyməti 698 900 yuandan (98 854 dollar), Taycan isə 898 000 yuandan (127 015,5 dollar) başlayır. Xiaomi hələ SU7-nin neçəyə olacağını açıqlamayıb, lakin çoxları onun 200.000-300.000 yuan (28.288.5-42.433 dollar) qiymət aralığına satışa təqdim olunacağını gözləyir.
Lei Jun 10 milyard dollarlıq mərc edib ki, Xiaomi smartfon bazarında olduğu kimi nəqliyyat sektorunu da silkələyə bilər. Top menecer bu layihəni özünün sonuncu sahibkarlıq mərci adlandırıb.
SU7 iki versiyada təqdim olunacaq. Müştərilərə 300 at gücünə malik elektrik aqreqatı olan arxa ötürücülü sedan və tam ötürücülü 673 at güclü Xiaomi SU7 modelləri satışa çıxarılacaq. Avtomobillərin maksimal sürəti müvafiq olaraq 210 və 265 km/saatdır. Avtomobil üçün elektrik mühərrikləri Şanxay şirkəti United Automotive Electronics tərəfindən təmin edilir. SU7-nin mənzili versiyadan asılı olaraq 668 ilə 800 km arasındadır. (Marja)