"Ferrum Kapital" 5 milyon manatlıq istiqraz buraxaraq eyni zamanda öhdəliklərini artırır, sadə dillə desək borclanır.
Şirkətin təqdim etdiyi gəlirlilik bazardakı digər iştirakçıların təklif ediyi faiz gəlirindən heç də fərqlənmir.
FED.az bu barədə şirkətin emissiya prospektinə istinadən xəbər verir.
İstiqrazların hər biri 100 manat olan 50 000 ədəd faizli, təmin edilməmiş, sənədiz, adlı istiqrazlardır.
Gəlirlilik illik 14% təşkil edir.
Şirkətin istiqraz emissiyasının səbəbi cəlb olunan vəsaitin mənfəət əldə ediləcək layihələrə yönəltmək və faktorinq fəaliyyətini genişləndirməkdir.
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 aydan bir (bir ayda günlərin sayı 30 gün olaraq götürməklə) ödəniləcək. İstiqrazların tədavül müddəti 12 ay təşkil edir.
Əsas məbləğ tədavül müddətinin sonunda ödəniləcək.
Anterrayder "Unicapital İnvestisiya Şirkəti" QSC-dir.











