"CPM-İnvest İnvestisiya Şirkəti" QSC-nin birja dövriyyəsi 5 milyard 834 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, ötən ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 2 milyard 870 milyon manat və ya 96,8% (təxminən 2 dəfə) artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 120,1 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 375 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 6,5 milyon manat, səhmlər üzrə dövriyyəsi 31,7 min manat, repo əməliyyatları üzrə dövriyyəsi isə 5,33 milyard manat olub.
Cari dövrdə «CPM-İnvest»in dövriyyə artımının əsas səbəbkarı repo əməliyyatları olub.
Bu seqmentdə dövriyyə 3,2 milyard manat və ya 2,5 dəfə artıb. Həmçinin, ARMB qiymətli kağızları üzrə dövriyyədə də 10,5 milyon manatlıq (9,6%) artım qeydə alınıb. Digər seqmentlərdə isə kəskin azalma müşahidə edilib: səhmlər üzrə dövriyyə 3,3 milyon manat (-105,2 dəfə), korporativ istiqrazlar 18,9 milyon manat (-3,9 dəfə), dövlət istiqrazları üzrə dövriyyə isə 324,9 milyon manat (-46,4%) azalıb.
Hesabat dövrünün nəticələrinə görə, «CPM-İnvest»in əməliyyatlarının sayı 542 ədəd (15,3%) azalaraq 2,994-ə bərabər olub.











