"Assist Finance İnvestisiya Şirkəti" ASC-nin birja dövriyyəsi 3 milyard 320 milyon manat təşkil edib.
FED.az xəbər verir ki. ötən ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 3 milyard 382 milyon manat və ya 50,5% (2 dəfə) azalıb.
Bu dövrdə ASC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 147,3 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 123,5 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 705,1 milyon manat, səhmlər üzrə dövriyyəsi 771 min manat, repo əməliyyatları üzrə dövriyyəsi isə 2,34 milyard manat olub.
Cari dövrdə «Assist Finance»ın yalnız ARMB qiymətli kağızları üzrə dövriyyəsi 34,5 milyon manat (30,6%) artıb. Digər bütün seqmentlərdə kəskin azalma qeydə alınıb. Belə ki, səhm əməliyyatları 15,5 milyon manat (-95,3% və ya 21,1 dəfə), dövlət istiqrazları 354,1 milyon manat (-74,1% və ya 3,9 dəfə), repo əməliyyatları 1,76 milyard manat (-42,9%), korporativ istiqrazlar üzrə dövriyyə isə 287,7 milyon manat (-29,0%) azalıb.
Hesabat dövrünün nəticələrinə görə, «Assist Finance»ın əməliyyatlarının sayı 213 ədəd (12,3%) azalaraq 1,522-ə bərabər olub.











