28 iyun 2024-cü il tarixində saat 15:00-da "Baku Steel Construction" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir kl, yığıncaq Bakı şəhəri, Binəqədi şosesi, 53 ünvanında yerləşən Səhmdar Cəmiyyətin inzibati binasında baş tutacaq.
Ümumi yığıncağın gündəliyinəaşağıdakı məsələlər daxil edilib:
1. "Baku Steel Construction" ASC-nin Müşahidə Şurasının seçilməsi
2. "Baku Steel Construction" ASC-nin Müfəttişinin seçilməsi
3. "Baku Steel Construction" ASC-nin 2023-cü maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqlənməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10:00-dan 17:00-dək "Baku Steel Construction" ASC-nin Bakı şəhəri, Binəqədi şosesi, 53 ünvanında yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.
"Baku Steel Construction" ASC-nin Müşahidə Şurası.