28 iyun 2024-cü il tarixində saat 12:00-da "Bakelektroqaynaq" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Mir Cəlal küçəsi, 15 ünvanında yerləşən Səhmdar Cəmiyyətin inzibati binasında baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. "Bakelektroqaynaq" ASC-nin Müşahidə Şurasının (Direktorlar Şurasının) seçilməsi
2. "Bakelektroqaynaq" ASC-nin 2023-cü maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqlənməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10:00-dan 17:00-dək "Bakelektroqaynaq" ASC-nin Bakı şəhəri, Mir Cəlal küçəsi, 15 ünvanında yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.