"Avtomotoservis" Açıq Səhmdar Cəmiyyəti 08.08.2024-cü il tarixində, saat 12:00-da səhmdarların 25.06.2024-cü il tarixində baş tutmayan təkrar çağrılan ümumi yığıncağının keçirilməsi haqqında elan edir.
FED.az xəbər verir ki, yığıncağın keçirilmə ünvanı Bakı şəh., Ə.Rəcəbli küç., 1963-cü məhəllə. ASC-nin inzibati binası, 3-cü mərtəbə ünvanıdır.
Əlaqə telefonları: 4656439 (əlavə 13); 0555150074
Yığıncağın gündəliyi:
1. Səhmdar Cəmiyyətinin idarəetmə orqanının 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı.
2. ASC-nin maliyyə durumu və dividendlərin bölgüsü.
3. Cəmiyyətin balansında olan inventarların təsdiq edilməsi.
4. Cari məsələlər.
Səhmdarların şəxsiyyətlərini təsdiq edən sənəd vacibdir. Səhmdarların nümayəndələri müəyyən olunmuş qaydada təsdiq edilmiş vəkalətnamə və şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Həmçinin vəkalətnamə ilə nümayəndə göndərən Səhmdardan özünün şəxsiyyət vəsiqəsinin surətini və dividendlərin ödənilməsinin təmin olunması üçün bank hesablarını təqdim etmələri xahiş olunur.