Çərşənbə axşamı qızıl qiymətləri rekord səviyyələrdən uzaqlaşdı, çünki fond bazarlarındakı canlanma “güvənli liman”-lara tələbi azaltdı, lakin kövrək əhval-ruhiyyə “sarı metal”-ı nisbətən nikbin saxlamağa davam etdi.
Qlobal birjalardakı çöküşün investorları külçə və yen kimi təhlükəsiz limanlara yönəltməsi ilə qızıl rekord səviyyələrə yaxınlaşmışdı. ABŞ-da resessiya və faiz dərəcələrinin aşağı salınması ehtimallarının artması qızılın qiymətinin bahalaşmasının əsas katalezatoru hesab olunurdu.
İran və HƏMAS-ın İsraildən qisas alacağı qorxularının bir qədər səngiməsi, xüsusilə də, Çində iqtisadiyyatın inkişaf templərinin zəifləməsini göstərən statistik rəqəmlərin dərci fonunda cari həftənin əvvəlindən qızıla tələbə azaldı.
Dünən spot qızıl 0.3% ucuzlaşaraq 2402.57$-a düşdü. Qeyd edək ki, spot qiymətlər ötən həftənin sonunda 2460$-a yüksəlmişdi.
Dolların təxminən yeddi ayın ən aşağı səviyyəsini test etdikdən sonra, bahalaşması ilə “sarı metal” zəiflədi.
Səhm bazarlarında kəskin canlanma da risk iştahını artıtdığı üçün “təhlükəsiz liman” tələbini azaldıb.
Bununla belə, faiz dərəcələrinin düşmə ehtimalı qızıla tələbi dəstəklədiyi üçün qızıl son qazanclarının əksəriyyətini qoruyub saxlaya bilib. Aşağı faiz dərəcələri qızıla tələbi yenidən artıra bilər, çünki ucuz dollar qiymətli metala sərmayə qoyuluşlarının maya dəyərini daha ucuz edir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.