Bu ilin yanvar- avqust aylarında "Xalq Kapital" İnvestisiya Şirkətinin dövriyyəsində ciddi azalma olub. Belə ki, dövriyyəsi ən ciddi azalan təşkilatlar arasında Xalq Kapital xüsusilə seçilir.
FED.AZ biznes xəbər portalı Bakı Fond Birjasına istinadən xəbər verir ki, 2025-ci ilin ilk 8 ayında şirkətin dövriyyəsi 1,85 milyard manat olduğu halda, 2026-cı ilin eyni dövründə cəmi 240,4 milyon manat təşkil edib.
Bu il şirkət AMB kağızları ilə ümumiyyətlə əməliyyat aparmayıb, korporativ istiqrazlar üzrə dövriyyə isə 141 milyondan 13 milyon manata enib. Repo dövriyyəsində isə 7 dəfəlik azalma var. Nəticədə, dövriyyə 1,61 milyard manat və ya 87% azalıb.













