Bakı Fondu Birjası (BFB) yanvar-avqust ayları üzrə ən aktiv üzvlərini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, birja üzvlərinin aktivliyi – broker, anderrayter və marketmeyker fəaliyyəti sahəsində aktivliyə (əqd və emitent saylarına) görə müəyyən edilib.
Belə ki, hesabat dövründə Birjanın ən aktiv brokerləri «ABB İnvest» (broker fəaliyyəti üzrə 13 550 əqd), «Troni» (6 412 əqd) və «Paşa Kapital» (6 403 əqd) investisiya şirkətləri olub.
Yanvar-avqust aylarında Birjanın ən aktiv anderrayterləri isə «Paşa Kapital», «Unicapital» və «İnvest-AZ» şirkətləri olub. Hesabat dövründə «Paşa Kapital» - 7 emitentə, «Unicapital» 5 emitentə, «İnvest-AZ» isə 3 emitentə anderrayter xidmətləri göstərib.
Hesabat dövründə Bakı Fond Birjasında ən aktiv market meykerlər isə «Troni», «İnvest-Az» və «Paşa Kapital» investisiya şirkətləri olub. Bu dövr ərzində «Troni» investisiya şirkəti tərəfindən marketmeyker qismində rekord həddə – 5 768 əqd həyata keçirilib.
«İnvest-AZ» şirkəti tərəfindən marketmeyker olaraq 1 265 əqd, «Paşa Kapital» şirkəti tərəfindən isə 957 əqd reallaşdırılıb.









![[red]"TRONİ"[/red] şirkəti Bakı Fond Birjasının ən aktiv üzvləri sırasında ilk üçlükdə qərarlaşıb - [red]SİYAHI[/red] | FED.az](/upload/news/small/4708766.jpg)
![[red]"TRONİ"[/red] şirkəti Bakı Fond Birjasının ən aktiv üzvləri sırasında ilk üçlükdə qərarlaşıb - [red]SİYAHI[/red] | FED.az](/upload/news/small/3723024.png)
![[red]"TRONİ"[/red] şirkəti Bakı Fond Birjasının ən aktiv üzvləri sırasında ilk üçlükdə qərarlaşıb - [red]SİYAHI[/red] | FED.az](/upload/news/small/2765323.png)
![[red]"TRONİ"[/red] şirkəti Bakı Fond Birjasının ən aktiv üzvləri sırasında ilk üçlükdə qərarlaşıb - [red]SİYAHI[/red] | FED.az](/upload/news/small/1565221.png)







