Pandemiya dövründə 80 bəndi keçən Birjaların Qorxu İndeksi yaşanan bazar qasırğasında 50 bənd həddini aşaraq son 4 ilin ən yüksək səviyyəsinə çatıb.
Qlobal birjalarda son vəziyyət - İnvestAZ TƏQDİM EDİR
Qlobal Fond Birjaları texnologiya səhmlərinin liderliyi ilə kəskin dəyər itirdi. “Nasdaq 100” fyuçers indeksində itki 4%-ə çatdı, Yaponiya indeksləri son 10 ildən çox müddətdə ən kəskin gündəlik enişi yaşadı.
ABŞ iqtisadiyyatında yavaşlama ilə bağlı narahatlıqlar gücləndikcə, investorlar FED-in fövqəladə iclasda faiz dərəcələrini aşağı sala biləcəyi ehtimalını qiymətləndirməyə başlayıblar. Analitiklər bir nöqtədə FED-in 60% ehtimal olaraq bir həftə ərzində faiz dərəcəsini 25 baza bənd endirəcəyini ehtimal edirlər. Nəticədə, dollar zəiflədi və ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirlilik faizi bir ilin ən aşağı səviyyəsinə düşdü. “Wall Street”-in qorxu göstəricisi olan CBOE Dəyişkənlik İndeksi 2020-ci ildən bəri ən yüksək səviyyəyə qaldı.
“Nvidia Corp.”, “Apple Inc.” və “Tesla Inc.” birja açılışından əvvəlki ticarətdə 7%-dən çox düşdü. “Berkshire Hathaway Inc.” isə şənbə günü “Apple”-dakı payını azaltdığını açıqladı.
Cümə günü açıqlanan zəif əmək bazarı, xüsusilə də NFP hesabatından sonra FED-in faiz dərəcələrini azaltmaqda gecikməsi ilə bağlı narahatlıqlar səbəbilə bazarlar səhmlərdə satışa doğru yön dəyişiblər. Treyderlər “carry trade” işləmlərini bağlamağa tələsdikcə, satış dalğası Yaponiyada daha kəskin hiss olundu. Yen dollar qarşısında 3% dəyər qazandığı halda, “Topix” fond indeksi günü 12% ucuzlaşma ilə bağlanıb. İndeks 1959-cu ildən bəri ən böyük üç günlük itkisini yaşadı.
“Nasdaq” fyuçersləri 6.5% ucuzlaşdı. İyulun 10-da qeydə alınan rekorddan bəri indeks artıq 10%- dən çox dəyər itirib və korreksiya tərifinə uyğun gələn həddi keçib.
Təhlükəsiz sığınacaq axtarışında olan investorlar investisiyalarını dövlət istiqrazlarına, Yapon yenasına və İsveçrə frankına yönəldirlər. “Goldman Sachs” iqtisadçıları gələn il ABŞ-da resessiya ehtimalının 15%-dən 25%-ə yüksəldiyini açıqlasa da, riskin hələ də məhdud olduğunu və ümumilikdə iqtisadiyyatın “yaxşı” görünməyə davam etdiyini bildiriblər.
“Brent” nefti fyuçersləri bir barel üçün 75$-a qədər ucuzlaşaraq builki qazancları silib və yanvar ayından bəri ən aşağı səviyyəyə çatıb. “Bitcoin” dəyəri isə 10%-dən çox ucuzlaşıb.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.