ABŞ-da gəlirli keçən ilin ilk 6 ayından sonra həftənin ilk ticarət gününün bağlanışında birjalarda müsbət tendensiya müşahidə olunub.
«InvestAz»dan qiymətldi kağızlar bazarına dəstək – KOMİSSİYALARI LƏĞV ETDİ
Makroiqtisadi məlumatlara gəldikdə isə, ABŞ-da “Supply Management Institute” (ISM) istehsal indeksinin iyun ayında 46 bənd ilə bazar proqnozlarının altında reallaşması, istehsal sənayesindəki daralmanın davam etdiyini göstərdi.
Həmçinin “S&P Global” tərəfindən açıqlanan iyun ayı üçün Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) proqnozlaşdırıldığı kimi geriləyərək 46.3 bənd səviyyəsində qərarlaşıb. Nəticədə 103.50 bənd həddindəki psixoloji baryeri test edən dollar indeksi (DXY), burada "ayılar"ın müqaviməti ilə üzləşərək yenidən 102.85 bənd hədlərinə qədər gerilədi.
Digər tərəfdən, ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” ikinci rübdə təxminən 480 min avtomobil istehsal etmiş və 466 mindən çox avtomobili təhvil vermişdir.
Şirkətin analitiklərin ehtimallarını üstələyən istehsal və çatdırılma rəqəmlərinin dərcindən sonra “Tesla” səhmlərinin 7%ə yaxın dəyər qazanması diqqət çəkib.
Qeyd edək ki, Nyu-York birjası iyulun 4-də Amerikanın Müstəqillik Günü ilə əlaqədar yarım gün işləsə də, bugün birja ticarət üçün bağlı olacaq. Bu səbəbdən də bugün ticarət həcmlərinin aşağı olacağı gözlənilir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.