Azərbaycanın qiymətli kağızlar bazarında aparıcı investisiya şirkətlərindən olan «InvestAz» Azərbaycan Mərkəzi Bankının notlarına investisiyalar üzrə komissiyaları ləğv edib.
«InvestAz»da xüsusi təqdimat keçirildi – MÜHÜM YENİLİKLƏR AÇIQLANDI - FOTOLAR
FED.az xəbər verir ki, bu barədə «InvestAz» şirkətinin yaradıcısı və rəhbəri - Müşahidə Şurasının sədri Elşən Quliyev şirkətin yeni ofisində təşkil olunan «Heydər Əliyev - 100 il və iqtisadi islahatlar iris» və «Azərbaycan Mərkəzi Bankının emissiya etdiyi notlara fərqli investisiya baxışı» həsr olunmuş tədbirdə elan edib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının notları ölkədə ən likvid qiymətli kağızlardan biridir və bank sektorunda çox populyardır. İndiyədək bu alətə yalnız bank və sığorta şirkətləri yatırım edə bilərdi. Bir qədər əvvəl isə AMB-nin tətbiq etdiyi yenilik nəticəsində notlara artıq hüquqi şəxslər şirkətlər də yatırım edə bilər.
Bu prosesə dəstək olmaq məqsədilə «InvestAz» şirkəti notlarla əməliyyatlar üzrə komissiyaları ləğv edib: «Biz bu günə özəl olaraq ölkənin investisiya şirkətləri arasında ilk dəfə olaraq təbliğat məqsədilə yaxın 2 ay ərzində komissmiyaları tamamilə ləğv etməyi qərara almışıq və bu gün burada bu qərarı elan edirik. Azərbaycanın bütün şirkətlərini də bu investisiyalardan istifadə etməyə çağırırıq»-deyə E.Quliyev bildirib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.