Azərbaycanın kapital bazarlarının əsas iştirakçılarından biri olan “İnvest-AZ İnvestisiya Şirkəti” növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “GL” ASC tərəfindən emissiya edilən ümumi həcmi 900 min manat olan istiqrazlar 6 noyabr 2026-cı il tarixində “İnvest-AZ”ın anderrayterliyi ilə açıq yerləşdirmə üsulu ilə tam həcmdə yerləşdirilib.
Xatırladaq ki, “GL” ASC-nin AZ2046020288 ISIN kodlu istiqrazların yerləşdirilməsi barədə qərar BFB-nin Listinq Komitəsi tərəfindən oktyabrın 22-də verilmişdi.
“GL” ASC-nin 900 min manatlıq istiqrazı 7 illik müddətə, illik 15%-lə buraxılıb, ümumilikdə hər birinin nominal qiyməti 100 manat olan 9 min ədəd istiqaz buraxılıb. İstiqrazlar üzrə faizlər hər ay ödəniləcək.
Hərrac zamanı 52 investor tərəfindən 52 sifariş daxil olub. Sifarişlərin ümumi həcmi 900 min manat olub, bununla da hərraca çıxarıldan bütün qiymətli kağızlar reallaşdırılıb.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"GL" ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2046020288 |
|
İstiqrazların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Birqiymətli hərrac |
|
İstiqrazların sayı |
9,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
900,000 manat |
|
Kupon faizi |
15% |
|
Ödəmə Periodu |
Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir |
|
Tədavül müddəti |
7 il |
|
Hərrac qiyməti* |
100 manat |
|
Reallaşdırılmış həcm |
900,000 manat |
|
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
900,000 manat |
|
İnvestor sayı |
52 |
|
Sifariş sayı |
52 |
|
Anderrayter |
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC |














