Amerika Təchizatların İdarəedilməsi İnstitutu (ISM Manufacturing) tərəfindən dərc olunan ABŞ-da Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi proqnozların üzərində açıqlanıb.
Bunun fonunda EUR/USD məzənnəsində ki eniş tendensiyası daha kəskin xarakter alıb.
Həmçinin dünən Avrozonada və Almaniyada Sənaye Sektorunda Biznes Aktivliyi İndeksinin və Avrozonadan İşsizlik Səviyyəsi göstəricisinin zəif açıqlanması avronun eniş tendensiyasına dəstək oldu.
Bugün Avstraliya Ehtiyatlar Bankı faiz dərəcəsinin 4.10% səviyyəsində qalması haqqında qərar qəbul etdi. Bu da AUD/USD məzənnəsinin 0.6310 səviyyəsinə qədər eniş etməsi ilə nəticələndi.
Əlavə olaraq Türkiyədən İstehlak Qiymətləri İndeksi göstəriciləri və JOLTS tərəfindən dərc olunan Boş İş Yerləri Hesabatı investorların diqqət mərkəzində olacaq hadisələrdir.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.