Qızılın qiyməti bu günə olan məlumata görə 3 967,66 dollar səviyyəsində qərarlaşıb.
Bitcoin 112 min dollara qədər gerilədi - SON QİYMƏT
FED.az xəbər verir ki, bu, ötən günlə müqayisədə 0,25 dollarlıq və ya 0,01%-lik cüzi artım deməkdir. Bununla belə, uzunmüddətli dövrdə qiymətlərdə nəzərəçarpacaq yüksəliş müşahidə olunur.
Son 30 gün ərzində qızıl 3,16%, son 6 ayda 19,9%, son 1 ildə isə 42,3% bahalaşıb. Beşillik dövrdə qiymət 111,2%, son 20 ildə isə 738,7% artım göstərib. Bu göstəricilər investorların qızıla marağının artdığını və onun yenidən “təhlükəsiz liman” kimi mövqeyini gücləndirdiyini göstərir.
Qeyd edək ki, eyni dövrdə gümüşün qiyməti də artaraq 47,55 dollara çatıb, bu da 0,73%-lik gündəlik artım deməkdir. Beləliklə, 2025-ci ilin sonuna doğru həm qızıl, həm də gümüş bazarında yüksəliş meyli davam edir.
Analitiklərin proqnozuna görə, qızılın qiyməti ilin sonuna qədər 4 100-4 200 dollar intervalına qədər yüksələ bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.













