Dünya kriptovalyuta bazarının lideri olan Bitcoin bir qədər durğun gün yaşayır.
Elon Mask üçün 1 trilyon dollarlıq bonus! - "TESLA" QƏRAR VERƏCƏK
FED.az xəbər verir ki, hazırda 1 Bitcoin-nin qiyməti 112 948 dollar təşkil edir. Bu, son 24 saat ərzində 0,86% ucuzlaşma deməkdir.
Lakin ümumi mənzərəyə baxdıqda Bitcoin-in dəyərində həftəlik və illik artım davam edir. Son 7 gün ərzində qiymət 3,9%, bu ilin əvvəlindən isə ümumilikdə 20,9% bahalaşıb. Kriptovalyutanın bazar dəyəri 2,25 trilyon dolları ötüb. Son sutka ərzində 64,8 milyard dollar dəyərində Bitcoin alınıb və satılıb.
Kriptovalyutanın dövriyyədə olan həcmi 19,94 milyon BTC, ümumi bazar təklifi isə 21 milyon ilə məhdudlaşır. Bu isə qiymət artımını dəstəkləyən əsas amillərdən biri kimi qalır.
Analitiklər hesab edirlər ki, qiymət 110 min dollardan aşağı düşmədiyi müddətcə bazarda yüksəliş meyli qorunur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.













