Ötən həftə bəzi məhsulların qiymətini artıran «Apple» şirkətinin səhmləri 6 faizdən çox ucuzlaşıb. Nəticədə şirkət dünyanın ən bahalı korporasiyalarının siyahısında 2-ci yeri tərk edərək 3-cü yerə enib.
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, «iPhone» istehsalçısını Google şirkəti üstələyib.
«Apple» şirkəti öz noutbuk və planşetlərinin qiymətini artırdığını elan etdikdən sonra şirkətin səhmləri ucuzlaşmağa başlayıb.
Belə ki, iyunun 2-gə «Apple»in səhmləri 315 dollar olduğu halda, iyunun 25-də bu rəqəm 275 dollara enib, 26 iyunda isə 283 dollarda sabitləşib.
Nəticədə şirkətin bazar dəyəri 4,04 trilyon dollara enib. «Google»un sahibi olan «Alphabet» şirkəti isə bazar kapitallaşmasına görə, «Apple»ın keçərək 2-ci yerə yüksəlib.
Əslində ötən gün «Google»un səhmləri də ucuzlaşmışdı, amma cəmi 0,83%, ona görə də, şirkətin bazar dəyəri 4,16 trilyon dollar olub. Siyahıya isə artıq bir neçə aydır ki, «Nvidia» başçılıq edir - 4,74 trilyon dollar.















