Dünya birjalarında neftin qiyməti bahalaşır.
FED.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,20 dollar artaraq 63,38 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,19 dollar bahalaşaraq 56,07 dollar təşkil edib.