Rəşad Abasov “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədr müavini təyin edilib.
Mərkəzi Bankın keçmiş baş direktoru nazirə müşavir təyin edildi
FED.az xəbər verir ki, Bankın səhmdarlarının qərarı ilə təyinat noyabr ayından qüvvəyə minib.
Qeyd edək ki, Rəşad Abasov 2004-cü ildən “Rabitəbank”da çalışır. O, 2012-ci ildə bankın Daxili audit departamentinin direktoru, 2018-ci ildə isə Audit Komitəsinin sədri təyin edilib. R. Abasov 2024-cü ilin mayından bankın Müşahidə Şurasının üzvüdür.
Ümumilikdə isə bankın MŞ-nin tərkibi sədr Zakir Nuriyevlə birlikdə 5 nəfərdən ibarətdir. Müşahidə Şurasının digər üzvləri Rauf Əliyev, Rəhman Əliyev və Zaur Baxşəliyevdir. (Apa)















