ABŞ-ın siyasi aləmində birdən-birə «süni intellekt» qalmaqalı başlayıb.
FED.az xəbər verir ki, indiki prezidentin rəqibləri olan demokrat partiyasının üzvləri, prezident Trampın dövlət əhəmiyyətli qərarlar qəbul edərkən süni intellektlə məsləhətləşdiyindən şübhələniblər.
Demokratlar bəyanat verərək Trampdan tələb ediblər ki, «Grok» və digər süni intellekt çatbotları ilə yazışmalarını pozmasın. Xatırladaq ki, «Grok», dünyada məşhur olan ChatGPT kimi süni intellekt çat-botudur və o iş adamı İlon Maska məxsusdur.
Konqres üzvləri şübhələnirlər ki, prezident hökumətlə bağlı ciddi qərarlar qəbul edərkən süni intellektlə çox məsləhətləşir. Onlar həmçinin Ağ Evdən bu məsələ ilə bağlı açıqlama tələb ediblər.
ABŞ Nümayəndələr Palatasının iki yüksək vəzifəli demokrat üzvü - Donald Trampdan süni intellekt çatbotlarına göndərilən bütün sorğuları və onların prezidentlik vəzifələri ilə bağlı cavablarını pozmadan saxlamasını tələb edib.
Konqresmenlər Ceymi Raskin və Robert Qarsiya Trampa məktub göndərərək, Qrok, ChatGPT və Kloudla əlaqələrini saxlamasını və 11 noyabr saat 17:00-dək onlara bu məsələ ilə bağlı açıqlama verməsini tələb ediblər.
Bu məsələ Trampın president işləri barədə məsləhət almaq üçün İlon Maskın süni intellekt üzrə köməkçisi «Qrok»a müraciət etməsi ilə bağlı məlumatlardan sonra ortaya çıxıb.
Yayılan məlumata görə, Tramp bəzi məsələlərlə bağlı qərar verərkən süni intellektlə məsləhətləşib. Məsələn, Tramp süni intellektdən soruşub ki, amerikalılar Venesuela prezident Nikolas Maduronun tutulmasına necə reaksiya verəcək? Senatorlar iddia edir ki, bu söhbətdən bir neçə həftə sonra Tramp - Konqresin icazəsi olmadan - Maduronu ələ keçirmək üçün Venesuelada hərbi əməliyyat əmri verib.
Konqres üzvləri deyir ki, bu vəziyyət ciddi narahatlıq doğurur. Onlar hesab edirdilər ki, Konqresi bir kənara qoyaraq hərbi əməliyyatları “Qrok”la müzakirə etmək üçün konstitusiyanı pozur və ABŞ xarici siyasəti üçün risklər yaradır.
Onlar həmçinin xəbərdarlıq etdilər ki, administrasiyanın çat-botlardan istifadəsi ölkənin milli təhlükəsizliyinə təhdidlər yarada bilər.
Ağ Ev elan edib ki, administrasiya qanunla tələb olunan bütün sənədləri qoruyub saxlayır. İlon Mask isə hələlik bu məsələyə reaksiya verməyib.













