Xəzər dənizi bulvardan 30 kilometr geri çəkilə bilər.
FED,az xəbər verir ki, Xəzər dənizinin səviyyəsinin azalması bu cür davam edərsə, bulvar dənizdən 30 kilometr aralı qala bilər.
Bunu Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri Səid Səfərov bildirir.
Onun sözlərinə görə, son araşdırmalarla ciddi faktlar aşkarlanıb.
Səid Səfərov əlavə edib ki, dənizdə səviyyənin enməsi bir xətt üzrə davam etməyə bilər, bəzi vaxtlarda dənizin səviyyəsində artım müşahidə olunsa da, növbəti mərhələdə kəskin enmələr olacaq.
Səid Səfərov onu da bildirib ki, bir sıra dəniz müşahidə məntəqələrinin nəticələrinə əsasən, Xəzərin səviyyəsi artıq 29 metr həddindən də aşağı düşüb. Bu, son 48 ilin ən aşağı göstəricisidir (Xezerxeber).













