Xəbər verildiyi kimi, Azərbaycan Dəmir Yolları QSC bir neçə gün əvvəl Azərbaycandan xaricə qatarla yeganə marşrut olan Bakı-Tbilisi qatarı üzrə yeni qatarların işə salındığını və qiymətlərin endirildiyini elan edib. Yeni qatarların işə düşməsi və qiymətlərə bu gündən – noyabrın 1-dən start verilib.
Söhbət Bakıdan Tbilisiyə «Stadler» qatarından fərqli olaraq standart vaqonlarla səyahət qiymətlərindən gedir.
FED.az-ın məlumatına görə, rəsmi açıqlamada dəyişiklikdən sonra Tbilisiyə səfər qiymətinin 36 manata endirildiyi qeyd edilirdi (bu məlumatı FED.az da yayıb).
Bununla yanaşı, qeyd etmək lazımdır ki, Tbilisiyə 36 manatlıq gediş haqqı dedikdə, bu qiymət Bakıdan Tbilisiyə gediş haqqı deyid, söhbət Böyük Kəsik stansiyasından Tbilisiyə qədər olan ödənişdən gedir. Məlumat üçün deyək ki, Böyük Kəsik stansiyası Bakı Tbilisi dəmiryolu marşrutu üzərində Azərbaycan ərazisindəki sonuncu stansiyadır, bundan sonra Gürcüstan sərhədi və qonşu ölkənin ərazisi gəlir.
Doğrudur, yenilik nəticəsində Bakıdan Tbilisiyə də gediş haqqı azalıb, amma bu 36 manat təşkil etmir. Beləliklə,
ADY-nin açıqladığı tariflərə əsasən, 1 noyabr 2026-cı ildən etibarən Bakı–Tbilisi–Bakı istiqamətində daha aşağı qiymətə olan vaqon sinfinin və əlavə reyslərin istifadəyə verilməsinə başlanılıb. Nəticədə yeni tariflər həm «Stadler» qatarlarındakı səyahətdən həm də elə bu vaqonlardakı əvvəlki qiymətolərdən daha aşağıdır.
1. Yeni və əvvəlki bilet qiymətləri
Bir istiqamətə minimum gediş haqqı, manatla
|
Tbilisi səfərinin başlanğıc məntəqəsi |
Standart+ Əvvəl manat |
Standart+ İndi (01.11.2026-dan) manat |
Fərq manat |
Fərq Faiz |
|
Bakı |
65,20 |
54,00 |
11,20 |
17,2% |
|
Yevlax |
53,30 |
44,00 |
9,30 |
17,4% |
|
Gəncə |
49,30 |
41,00 |
8,30 |
16,8% |
|
Ağstafa |
45,30 |
38,00 |
7,30 |
16,1% |
|
Böyük Kəsik |
43,40 |
36,00 |
7,40 |
17,1% |
Rəqəmlər göstərir ki, qiymətlərdən ən böyük fərq Bakıdan Tbilisiyə səfərdədir: əvvəlki 65 manatdan 54 manata enib - ucuzlaşma 11 manat 20 qəpik. Digər məntəqələrdən Tbilisiyə yola düşəndə gediş haqqı 7-9 manat ucuzlaşıb. Məsələn böyük Kəsik stansiyasından minən sürnişin əvvəl Tbilisiyə 43 manata gedirdisə, indi bu rəqəm 36 manata enib.
Gəncədən səfər edənlər isə əvvəlki 49 manat əvəzinə 41 manat ödəyəcəklər.
Stadler qatarların ilə müqayisədə isə fərq daha böyükdür.
2. Stadler komfort vaqonları ilə müqayisə
|
Marşrut |
Stadler comfort manat |
Yeni standart manat |
Fərq manat |
Faiz Manat |
|
Bakı–Tbilisi |
77,50 |
54,00 |
23,50 |
30,3% |
|
Gəncə–Tbilisi |
56,80 |
41,00 |
15,80 |
27,8% |
Beləliklə, son dəyişiklikdən sonra Bakıdan Tbilisiyə qatarla ən ucuz bilet 77 manat 50 qəpikdən 54 manata düşür, amma burada vaqon sinifləri fərqlidir.













