Cari ilin üçüncü rübündə SOCAR tərəfindən 21 min metrdən çox qazma işləri həyata keçirilib.
Mərkəzi Bank gələn il neftin qiymətinin 10 dollar ucuzlaşacağını - GÖZLƏYİR
FED.az xəbər verir ki, hesabat dövründə həyata keçirilən qazma işləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 74,3% artıb. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 1,7 milyon ton neft, 1,7 milyard kubmetr qaz hasil olunub.
Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təxminən 4 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 5,7 milyard kubmetrdən çox, istehlakı isə 2,3 milyard kubmetrə yaxın olub.
Cari ilin üçüncü rübündə SOCAR tərəfindən 1,6 milyon tondan çox neft, 632 milyon kubmetrə10 yaxın qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 657,4 min ton11 neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. Neft, neft-kimya və qaz-kimya məhsullarının ixracında 2,8% artım qeydə alınıb.













