Yaponiyanın avtomobil istehsalçısı olan «Mazda»nun daha bir modeli uğursuz olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, «Mazda» şirkəti ABŞ-da buraxılan krossover modellərinin çeşidini azaldacaq. Belə ki, şirkətin iki il əvvəl böyük ümidlərlə buraxdığı «CX-70» modelinin istehsalı 2027-ci ildə dayandırılacaq. Şirkətin açıqladığı məlumata görə, üstünlük CX-90-a veriləcək.
Alıcılara CX-90-ların doqquz komplektasiyası təklif olunacaq, bunlardan ikisi 2 sıralı oturacaqla birlikdə mövcud olacaq. Bütün versiyalarda sərnişinlərin rahatlığını artırmaq üçün yenidən işlənmiş arxa asqı sistemi olacaq. Dörd yeni eksteryer rəngi də mövcud olacaq.
Xatırladaq ki, ABŞ-da 2027-ci il Mazda CX-90 modelinin 3.3 Turbo versiyasının qiyməti 41 345 dollardır ki, bu da 2026-cı il modelindən 400 dollar çoxdur. O, 3,3 litrlik turbomühərrikli altı silindrli mühərrik, 48 voltluq elektron idarəetmə modulu və səkkiz pilləli avtomatik transmissiya ilə təchiz olunub. O, 280 at gücü və 450 Nm fırlanma anı istehsal edir.
Benzinlə işləyən CX-90-ların qiyməti 59 616 dollardır, 323 at gücünə malikdir. PHEV Preferred üçün isə qiymətlər 52 340 dollardan başlayır.













