13 oktyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "ZİRAAT BANK AZƏRBAYCAN" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan istiqrazların abunə yazılışı 16.10.2026-cı il tarixində başlayıb və 29.10.2026-cı il tarixində (10 iş günü davam edib) bitmişdir.
AZ2002019605 İSİN kodlu istiqrazların yerləşdirilməsi 30.10.2026-cı il tarixində baş tutmuşdur.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 4.6 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"ZİRAAT BANK AZƏRBAYCAN" ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2002019605 |
|
İstiqrazların növü və forması |
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Abunə yazılışı |
|
İstiqrazların sayı |
150,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
15,000,000 manat |
|
İllik gəlirlilik faizi |
10% |
|
Ödəmə Periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
|
Tədavül müddəti |
12 ay |
|
Minimal qiymət |
100 (10.0000%) manat |
|
Maksimal qiymət |
100 (10.0000%) manat |
|
Kəsmə qiyməti |
100 (10.0000%) manat |
|
Ortaçəkili qiyməti |
100 (10.0000%) manat |
|
Reallaşdırılmış həcm |
15,000,000 manat |
|
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
45,355,400 manat |
|
Abunə yazılışında iştirak etmiş investor sayı |
104 |
|
Sifarişi icra edilmiş investor sayı |
104 |
|
Abunə yazılışında təklif edilmiş sifariş sayı |
110 |
|
İcra edilmiş sifariş sayı |
110 |
|
Anderrayter |
“PAŞA Kapital İ.Ş.” QSC |














