“Azəristiliktəchizat” ASC-də istismar müddəti başa çatmış qazanxanaların modernləşdirilməsi və yenidən qurulması layihəsi çərçivəsində 12-si artıq yenilənib.
Kombi, qaz plitəsi və su qızdırıcısı olan evləri yeni tələblər gözləyir – TARİX AÇIQLANDI
FED.az xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.
O bildirib ki, 2024-cü ildə 5, 2025-ci ildə 7 qazanxana sökülərək yenidən qurulub.
“Onlar ümumilikdə 107 yaşayış binasına (5525 mənzil), 8 məktəbə, 6 uşaq bağçasına, 1 səhiyyə obyektinə və 48 digər obyektə xidmət göstərir.
Bundan başqa, daxili imkanlar hesabına Sumqayıtda və Sabunçu rayonunda köhnə qazanxanaların yerində modul tipli qazanxanalar quraşdırılıb. İsmayıllıda isə yararsız divar tipli qazanlar (kombilər) sökülərək yerinə 0,35 Qkal/saat gücündə qazan qurğusu qoyulub.
Azərbaycan Prezidentinin 2026-cı il 17 yanvar tarixli 894 nömrəli Sərəncamına uyğun olaraq, bu ilin investisiya proqramı çərçivəsində Xətai rayonunda Bakı İstilik Elektrik Mərkəzindən qidalanan 2 istilik məntəqəsi qazanxanaya çevrilir. Burada 2 kilometr xarici qaz xətti, elektrik və su təchizatı sistemləri, eləcə də ümumi uzunluğu 6 kilometrə yaxın məhəllədaxili istilik xətləri yenidən qurulur. Yasamal rayonunda isə 1 köhnə qazanxana modernləşdirilir. Bu layihələr başa çatdıqdan sonra Xətai rayonunda Gəncə prospektindəki 27 hündürmərtəbəli yaşayış binası (2353 mənzil), 2 uşaq bağçası və 12 digər obyekt, Yasamalda isə 19 yaşayış binası (950 mənzil), 1 uşaq bağçası, 2 səhiyyə obyekti və 20 digər obyekt yeni qazanxanalardan istilik alacaq”,- deyə o qeyd edib.
Onun sözlərinə görə, bu il icra olunan layihələrin ümumi dəyəri 3,6 milyon manatdır. (Azərtac)













