Ötən ilin sonuna Azərbaycanda işsizlikdən sığorta ödənişi alan kişilərin sayı 2 min 295 nəfər, qadınların sayı 1 896 nəfər olub.
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı 251 mindən çoxdur
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə işsizlikdən sığorta ödənişi alan kişilərin sayı 313 nəfər (12%) azalıb, qadınların sayı isə 541 nəfər (40%) artıb.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda işsizlikdən sığorta ödənişi alan kişilərin sayı 2 min 608 nəfər, qadınların sayı 1 355 nəfər idi.
Öətn il işsizlikdən sığorta ödənişi alanların 45,2%-i qadınlar, 54,8%-i kişilər olub.















