Son 5 ildə Azərbaycan və qonşu Gürcüstanın iqtisadiyyatları arasındakı fərq ciddi şəkildə azalıb. 2021-ci ildə Azərbaycan iqtisadiyyatı Gürcüstan iqtisadiyyatından təxminən 3 dəfə böyük olduğu halda, 2025-ci ildə bu fərq 2 dəfəyə enib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu burədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Komitənin məlumatlarından aydın olur ki, 2021-2025-ci illərdə iqtisadiyyatlardakı struktur dəyişiklikləri və iqtisadi canlanma iki ölkənin iqtisadi göstəricilərinə təsirini göstərib.
Xüsusilə Azərbaycanda neft istehsalının azalması iqtisadli artımın zəifləməsinə səbəb olub, qeyri-neft sektorunun artımı bu zəifləməni müəyyən dəprəcədə kompensasiya etsə də, əvvəlki artım sürətini saxlamaq mümkün olmayıb. Nəticədə hazırda Azərbaycan MDB-də ən aşağı iqtisadi artım göstəricilərinə malik ölkələrdən biridir.
Gürcüstanda isə son illər xüsusilə turizm, hotelçilik və tikinti sektorunun sürətli inkişafı iqtisadi göstəriciləri sürətlə yaxşılaşdırıb.
Nəticədə cəmi 5 il bundan əvvəl Azərbaycan iqtisadiyyatı Gürcüstandan müqayisə olunmaz şəkildə - 3 dəfə böyük olduğu halda indi bu fərq 2 dəfəyə enib.
Beləliklə Komitənin məlumatlarına əsasən, 2021-ci ildə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 54,83 milyard dollar, Gürcüstanın ÜDM-i isə 18,85 milyard dollar təşkil edib. Beləliklə, həmin il Azərbaycan iqtisadiyyatı Gürcüstan iqtisadiyyatından 2,91 dəfə böyük olub.
Ötən 5 ildə Azərbaycanda iqtisadiartımın zəifləməsi, Gürcüstanda isə əksinə sürətlə artması bu nisbəti ciddi şəkildə dəyişib.
2025-ci ildə isə Azərbaycanın ÜDM-i 75,94 milyard dollara, Gürcüstanın ÜDM-i 38,14 milyard dollara yüksəlib. Nəticədə iki ölkənin iqtisadiyyatları arasındakı fərq 1,99 dəfəyə enib.
Başqa sözlə, 2021–2025-ci illərdə Azərbaycanın ÜDM-i dollar ifadəsində 38,5% artdığı halda, Gürcüstanda artım 102,3% təşkil edib. Başqa sözlə, son 5 ildə Gürcüstan iqtisadiyyatı 2 dəfə böyüyüb.
Adambaşına ÜDM göstəricisində isə Gürcüstan Azərbaycanı bir neçə ildir ki, qabaqlayıb. İki ölkə arasında müqayisədə daha maraqlı dəyişiklik adambaşına düşən ÜDM göstəricisində baş verib.
2021-ci ildə Azərbaycanda adambaşına ÜDM 5 458,2 dollar, Gürcüstanda isə 5 083,6 dollar olub. Yəni 5 il əvvəl Azərbaycanda adambaşına düşən ÜDM göstəricisi Gürcüstandan 374,6 dollar və ya 7.3% artıq idi.
Amma ötən dövrdə vəziyyət ciddi şəkildə dəyişib. Bu dövrdə, yəni 2021–2025-də Azərbaycanda adambaşına nominal ÜDM təxminən 36%, Gürcüstanda isə 102% artıb, yəni 2 dəfədən çox artıb.
Nəticədə 2025-ci ildə Azərbaycanda adambaşına ÜDM 7 413 dollar, Gürcüstanda isə 10 296 dollar təşkil edib.
Beləliklə, Gürcüstanda adambaşına ÜDM Azərbaycandakından 2 883 dollar və ya 39% yüksək olub.
Azərbaycan və Gürcüstan iqtisadiyyatlarının müqayisəsi
|
Göstərici |
Azərbaycan |
Gürcüstan |
|
2021-ci il |
||
|
ÜDM, milyard dollar |
54,83 |
18,85 |
|
Adambaşına ÜDM, dollar |
5 458,2 |
5 083,6 |
|
2025-ci il |
||
|
ÜDM, milyard dollar |
75,94 |
38,14 |
|
Adambaşına ÜDM, dollar |
7 413,1 |
10 296,5 |
|
2021–2025-ci illərdə dəyişmə |
||
|
Nominal ÜDM-in artımı |
38,5% |
102,3% |
|
Adambaşına nominal ÜDM-in artımı |
35,8% |
102,5% |
|
2025-ci ildə real iqtisadi artım |
1,4% |
7,5% |














