Unicapital İnvestisiya Şirkəti Qarabağın bərpasına dəstək məqsədi daşıyan “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində iştirak edəcək. Şirkət sosial məsuliyyətə əsaslanan təşəbbüslərə və cəmiyyət üçün faydalı layihələrə dəstək vermək ənənəsinə sadiq qalaraq yarışın üçüncü mövsümündə də meydana çıxacaq.
“Dirçəliş Kuboku”nu fərqləndirən əsas cəhətlərdən biri idman rəqabətini xeyriyyə məqsədi ilə birləşdirməsidir. Turnirin keçirilməsindən əldə olunacaq vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun qurulmasına yönəldiləcək. Beləliklə, iştirakçı komandalar futbol meydançasında mübarizə aparmaqla yanaşı, Qarabağın bərpasına və bölgədə idmanın inkişafına da öz töhfələrini verəcəklər.
Qeyd edək ki, Unicapital 2025-2026-cı illər mövsümündə də “Dirçəliş Kuboku”nda uğurla çıxış edərək turnirin bürünc mükafatçısı olub. Şirkətin yeni mövsümdə iştirakı həm əvvəlki uğurun davamı, həm də Qarabağın bərpasına verilən dəstəyin göstəricisidir.














