Azərbaycanın maliyyə vasitəçiləri sektorunda özünəməxsus yer tutan və son illər sürətlə inkişaf edən «Legion Financial» ASC növbəti yüksək gəlirli istiqraz buraxılışını elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, istiqraz buraxılışının təşkilatçısı – anderrayteri bu sahədə geniş təcrübəyə malik olan, ölkənin apırıcı investisiya şirkətlərindən biri olan «Troni» investisiya şirkətidir.
Artıq açıqlanmış şərtlərə əsasən «Legion Financial» şirkəti 1 milyon manatlıq istiqraz buraxacaq. İstiqrazlar 12 aylıq müddətə buraxılacaq, onların illik gəlirliyi bazar üzrə orta gəlirlik göstəricidən xeyli yüksək - 16%-dir. İstiqrazlarin sahiblərinə faizlər hər ay ödəniləcək.
Qeyd edək ki, «Legion Financial» Azərbaycanın maliyyə bazarındla yüksək gəlirlilik və mənfəətlə işləyən lizinq şiruətlərindəndir.
Şirkətin açıqladığı maliyyə hesabatlarına əsasən son 3 ildə «Legion Financial» sürətlə böyüməkdədir, onun maliyyə göstəriciləri də sürətlə artır.
Belə ki, son 3 ildə şirkət 4 dəfədən çox böyüyüb. 2023-cü ilin sonunda «Legion Financial»ın aktivləri 4,7 milyon manat olduğu halda, 2024-cü ilin sonunda bu rəqəm 13.8 milyon manat, 2025-ci ilin sonunda isə 20,7 milyon manat olub.
Şirkətin lizinq (kredit) portfeli isə 3 dəfə artaraq 2023-cü ilin sonundakı 4,7 milyon manatdan 2024-cü ildə 10 milyon manata, 2025-ci ildə isə 13,2 milyon manata yüksəlib.
Bu dövrdə şirkətin maliyyə dayanıqlığını göstərən əsas göstəricilərdən biri - cəmi kapitalı 1,8 dəfə artaraq 5 milyon manata yaxınlaşıb.
Belə ki, «Legion Financial»in cəmi kapitalı 2023-cü ildə 2,8 milyon manat olduğu halda 2025-ci ilin sonunda 4,8 milyon manata yüksəlib. Bunun təxminən 1 milyon manatı indiyədək fəaliyyətdən əldə edilən amma hələ bölüşdürülməyən mənfəətdir.
«Legion Financial»in maliyyə göstəriciləri, xüsusilə lizinq portfeli artdıqca, gəlir və mənfəəti də yüksəlməyə başlayıb. Şirkətin faiz gəlirləri 2023-cü ildə 893 min manat olduğu halda, 2024-cü ildə 2 milyon 213 min manat, 2025-ci ildə isə 3 milyon 973 min manat olub.
Xərclər çıxılandan sonra isə «Legion Financial»ın xalis mənfəəti 2023-cü ildə 616 manat olduğu halda, 2024-cü ildə 1,2 milyon manat, 2025-ci ildə isə 1,36 milyon manat olub.
«Legion Financial»ın böyüməsi və mənfəəti 2026-cı ildə də davam edib. 2025-ci ilin ilk yarısında şirkətin aktivləri 19 milyon manat olduğu halda, 2026-cı ilin ilk yarısında şirkətin ölçüləri 22,5 milyon manata yüksəlib. Kredit portfeli isə bir il əvvəl 11,1 milyon manat idi, indi isə 12,1 milyon manatdır.
Şirkət təkcə bu ilin ilk 6 ayında 480 min manat xalis mənfəət əldə edib.
«Legion Financial»ın maliyyə göstəricilərini və buraxdığı istiqrazların ölçülərini müqayisə etdikdə məlum olur ki, şirkətin aktivlərinin həcmi buraxılan istiqrazların həcmindən 20 dəfə artıqdır. Şirkətin cəmi kapitalı isə istiqraz buraxılışını 5 dəfə üstələyir.
Şirkətin təkcə bölüşdürülməmiş mənfəəti984 min manatdır ki, bu da təxminən buraxılan istiqrazların həcmi qədərdir. Başqa sözlə, indi buraxılan istiqrazların faizinin və müddəti başa çatdıqdan sonra onun əsas məbləğinin investorlara ödənilməsi «Legion Financial» üçün problemsiz vəzifədir.
İstiqraz buraxılışının təşkilatçısı – anderrayteri bu sahədə geniş təcrübəyə malik olan, ölkənin apırıcı investisiya şirkətlərindən biri olan «Troni» investisiya şirkətidir.
Qeyd edək ki, ümumi məbləği 1 milyon manat olan istiqraz buraxılışı hər birinin nominal qiyməti 100 manat olan 10 min ədəd istiqraz buraxılışı formasında həyata keçiriləcək.
Bu da investoorların buraya müxtəlif məbləğlərlə yatırım etməsinə imkan verir. Üstəlik istiqrazların gəlirliyi yüksək olmaqla, bank əmanətlərini də üstələyir. Belə ki, qorunan bank əmanətlərinin illik gəlirliyi maksimum 12,5% olduğu halda istiqrazlar illik 16% gəlirlilik təklif edir.










![Gəlir və mənfəətini sürətlə artıran «Legion Financial» illik - [red]16% GƏLİRLƏ İSTİQRAZ BURAXIR – ŞƏRTLƏR[/red] | FED.az](/upload/news/small/4204603.png)
![Gəlir və mənfəətini sürətlə artıran «Legion Financial» illik - [red]16% GƏLİRLƏ İSTİQRAZ BURAXIR – ŞƏRTLƏR[/red] | FED.az](/upload/news/small/1875704.png)
![Gəlir və mənfəətini sürətlə artıran «Legion Financial» illik - [red]16% GƏLİRLƏ İSTİQRAZ BURAXIR – ŞƏRTLƏR[/red] | FED.az](/upload/news/small/4417670.png)
![Gəlir və mənfəətini sürətlə artıran «Legion Financial» illik - [red]16% GƏLİRLƏ İSTİQRAZ BURAXIR – ŞƏRTLƏR[/red] | FED.az](/upload/news/small/3423174.png)
![Gəlir və mənfəətini sürətlə artıran «Legion Financial» illik - [red]16% GƏLİRLƏ İSTİQRAZ BURAXIR – ŞƏRTLƏR[/red] | FED.az](/upload/news/small/1955945.png)








