Son aylar dünya bazarında neftin qiymətinin artması ilə yanaşı, neft və neft məhsulları istehal edən şirkətlərin səhmləri də bahalaşıb.
FED.az xəbər verir ki, dünyanın əsas neft şirkətlərinin səhmlərində 10-15% ətrafında, neft və neft kimyası məhsulları isçtehsal edən şirkətlərin səhmlərində isə 30-40% bahalaşma müşahidə olunur.
Müşahidələr göstərir ki, neft şirkətlərinin səhmlərinin qiymətində sonuncu artım trendi iyunun əvvəlindən başlayıb. Beləliklə, ötən dövr ərzində
ExxonMobil şirkətinin səhmləri iyunun əvvəlində 102 dollar idisə, hazırda 116 dollar ətrafındadır – 13,7% artım.
Shell plc şirkətinin səhmləri iyunun əvvəlində 2220 funt sterlinq idisə, hazırda 2609 funt sterlinq ətrafındadır – 17,6% artım.
Chevron şirkətinin səhmləri iyunun əvvəlində 150 dollar idisə, hazırda 169 dollar ətrafındadır – 12,7% artım.
Bp şirkətinin səhmləri iyunun əvvəlində 453 funt sterlinq idisə, hazırda 528 funt sterlinq ətrafındadır – 16,5% artım.
TotalEnergies SE şirkətinin səhmləri iyunun əvvəlində 53 avro idisə, hazırda 62 avro ətrafındadır – 16,9% artım.
Eni şirkətinin səhmləri iyunun əvvəlində 12,4 avro idisə, hazırda 15,2 avro ətrafındadır – 22,6% artım.
Saudi Aramco şirkətinin səhmləri iyunun əvvəlində 31,5 Səudiyyə Ərəbistanı realı idisə, hazırda 34 real ətrafındadır – 8% artım.
ConocoPhillips şirkətinin səhmləri iyunun əvvəlində 99 dollar idisə, hazırda 121 dollar ətrafındadır – 22% artım.
Marathon Petroleum Corporation şirkətinin səhmləri iyunun əvvəlində 105 dollar idisə, hazırda 154 dollar ətrafındadır – 47% artım.
Valero Energy Corporation şirkətinin səhmləri iyunun əvvəlində 106 dollar idisə, hazırda 146 dollar ətrafındadır – 38% artım.
Occidental Petroleum Corp şirkətinin səhmləri iyunun əvvəlində 58 dollar idisə, hazırda 63 dollar ətrafındadır – 8,6% artım.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.