Dünya bazarlarında misin qiyməti təklifin məhdud qalması fonunda yüksəlməkdə davam edərək tarixi maksimuma yaxınlaşıb.
FED.az xəbər verir ki, London Metal Birjasında (LME) misin qiyməti çərşənbə axşamı rekord bağlanışdan sonra daha 0,5% artaraq bir ton üçün 14 min 415,50 dollara çatıb. Beləliklə, metal yanvar ayında qeydə alınmış 14 527,50 dollarlıq tarixi gündaxili maksimumdan cəmi 112 dollar aşağı səviyyədə ticarət olunur.
Misin qiyməti ilin əvvəlindən bəri təxminən 16% yüksəlib. Bazardakı bahalaşmanın əsas səbəblərindən biri ABŞ-yə böyük həcmdə mis daşınması nəticəsində digər regionlardakı ehtiyatların azalmasıdır.
Eyni zamanda, mövcud istehsal sürətlə artan qlobal tələbi qarşılamaqda çətinlik çəkir. Bazarlarda təkliflə bağlı narahatlıqlar güclənib.













