Hər il 3,4 və 4,5 milyard avro dəyərində çirkli pulların kriptovalyutalara yatırıldığı təxmin edilir. FED.az xəbər verir ki, “Avropa Polis Təşkilatı” bu “qaranlıq trafiki” dayandırmağın yollarını axtarır. Kriptovalyutalar arasında ən tanınmışı bitcoin olsa da, hazırda bazarda 1367 ədəd rəqəmsal pul dolaşır.
Dövriyyədə olan 7467 kriptovalyutanın ümumi bazar dəyəri isə 613 milyard dollardır. Bu bazarda transfer trafikini izləmək olduqca çətin olduğu üçün silah və narkotik ticarətində rəqəmsal pulların istifadəsi getdikcə artır. Bu pullara heç bir ölkənin mərkəzi bankı tərəfindən nəzarət olunmadığına görə, onların izlənilməsi də çətindir.
Kriptovalyutalar arasında son aylar ərzində yüksək artım tempi göstərən isə Monerodur. Artıq elektron ticarət portallarının əksəriyyəti bu kriptovalyuta ilə ticarətdən vergi tələb edir. Bundan başqa, ölkələrin əksəriyyəti artıq kredit kartları vasitəsilə bitcoin də daxil olmaqla kriptovalyutaların alınmasına qadağa qoyublar. Ümumilikdə isə 8 milyon ədəd kredit kartı Avropa banklarının qərarı ilə elektron pul almaq imkanından məhrum edilib.
Milyardlarla avro kripto pullar vasitəsilə "yuyulur"
16:32
23 Fev 2018