Bu gün Bakı Fond Birjasında Mərkəzi Bankın (AMB) 50100273S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
ELƏCƏ DƏ BAX: “Brent” 60 dollardan baha satılır – SON QİYMƏT
FED.az-ın məlumatına görə, hərrac zamanı 13 investor tərəfindən qiyməti 99.4004 AZN (7.76%) ilə 99.4004 AZN (7.76%) arasında olan 23 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 534 milyon 46 min 400 manat olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99 .4004 manat (7.76%), orta ölçülmüş qiyməti 99.4004 manat (7.76%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 milyon manat təşkil etmişdir.
Notların ödəmə tarixi 6 fevral 2019-cu ildir.
Mərkəzi Bank 250 milyonluq hərrac keçirdi – NƏTİCƏLƏR
20:07
9 Yan 2019