Qlobal bazarda kriptovalyutalarda davam edən kəskin satış bazarın kapitallaşmasının 2018-ci ilin minimal səviyyəsinə enməsinə səbəb olub. Kriptovalyuta bazrının kapitallaşması 540 mlrd. dollara qədər geriləyib.
Xatırladaq ki, kriptovalyuta bazarının maksimal kapitallaşması (831 mlrd. dollar) tarixi rekord həddə yanvar ayının 8-də çatıb. Hazırda bazarın kapitallaşması bu həddən 35% aşağıdır. "Bitcoin"in qiyməti bu gün 15% azalaraq 11 500 dollara geriləyib. Kapitallaşmasına görə ikinci sırada olan "Ethereum" 21%, "Ripple" 30% dəyərdən düşüb.
Kriptovalyutaların ucuzlaşmasına səbəb qlobal kriptovalyuta bazarına hökumətlər tərəfindən nəzarətin gücləndirilməsi və bazarın tənzimlənməsi xəbərləri olub. Kriptovalyutaların daha 10% ucuzlaşması istisna edilmir.