Çin hökuməti kriptovalyutalarla mərkəzləşdirilmiş ticarət aparan birjalara çıxışa qadağa qoymaq niyyətindədir. FED.az xəbər verir ki, “Bloomberg” agentliyi yazır ki, Çin bütün iri kriptovalyuta birjalarını bağlasa da, bununla kifayətlənmir. Hökumət kriptovalyuta birjalarına vətəndaşların çıxışını bloklamağı planlaşdırırlar.
Çinin yerli və xarici kriptovalyuta birjalarına çıxışa qadağa qoyması gözlənilir. Həmçinin mərkəzləşdirilmiş kriptovalyuta birjalarında kotirovkaların təminatı, hesablaşmalar və klirinq ilə bağlı fiziki və hüquqi şəxslərin fəaliyyətinə də məhdudiyyətlər qoymaq fikrindədir.
Qeyd edək ki, bu xəbərin yayılması nəticəsində kriptovalyuta bazarında qlobal satış başlayıb və bazarın kapitallaşması sürətlə düşür. 16 yanvar saat 13:30-a olan məlumata görə bitcoin 12,76% faiz ucuzlaşaraq artıq 12 min dollar arasında ticarət edilir.