Kriptovalyuta bazarında yanvarın 7-dən etibarən başlayan satışlar yenidən sürətlənib.
FED.az xəbər verir ki, kriptovalyuta bazarının kapitallaşması yenidən 500 mlrd. dollardan aşağı enib və hazırda 477 mlrd. dollar təşkil edib.
Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması yanvarın 7-də 832 mlrd. dollar səviyyəsini ötdükdən sonra yanvarın 17-də 2018-ci ilin hələlik minimal səviyyəsi olan 428 mlrd. dollar səviyyəsinə qədər geriləyib. "Bitcoin" bu gün yenidən 10 000 dollardan aşağı düşüb və hazırda 9400 dollara satılır. "Ripple"ın qiyməti isə 1 dollardan aşağı düşüb.
Kriptovalyuta bazarında satışların bir müddət davam edəcəyi və bazarın kapitallaşma həcminin 400 mlrd. dollardan aşağı düşəcəyi proqnozlaşdırılır. Daha sonra isə yenidən yüksəlişin başlayacağı və 2018-ci ildə bazarın kapitallaşmasının 1 trln. dolları ötəcəyi ehtimal edilir. Xatırladaq ki, "bitcoin" bazarda 33,4% kapitallaşma ilə liderliyini qoruyub saxlayır.
@report