Xəbər verildiyi kimi, Azərbaycanda ABŞ dolları ilə yeni dollar istiqrazları dövriyyəyə buraxılacaq.
FED.az-ın məlumatına görə, dollar istiqrazları hazırda ölkədə ən etibarlı maliyyə durumuna malik olan dövlət şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tərəfindən buraxılacaq.
İstiqraz buraxılışının ümumi həcmi 100 milyon dollar nəzərdə tutulub. Buraxılış çərçivəsində hər birinin qiyməti 1000 dollar olan 100 min ədəd istiqraz buraxılacaq.
ASCO-nın dollar istiqrazları 5 illiyə buraxılacaq, onların illik gəlirliyi 6% təşkil edir.
Bu indiyədək ölkədə buraxılan ən yüksək gəlirli dollar istiqrazlarından biridir. İndiyədək yalnız «İnvestAz» şirkəti 6%-lik dollar istiqrazı buraxıb və onu uğurla reallaşdırmağı bacarıb.
Sadə desək, 1000 dollar qiyməti olan 1 istiqrazın sahibi hər il 60 dollar əlir əldə edəcək. Bu ölkə banklarının dollar əmanətlərinin gəlirliliyindən azı 2-3 dəfə artıqdır.
İstiqraz faizləri ildə 2 dəfə, yəni 6 aydan bir ödəniləcək.
Azərbaycanda dövlət şirkəti dollar istiqrazı buraxır – İLLİK 6% GƏLİR - DETALLAR
Dollarla buraxılan ASCO istiqrazlarının şərtləri bazardakı alternativləri ilə müqayisədə olduqca sərfəlidir.
Onları nəinki alternativ qiymətli kağızlar və bank əmanətləri, hətta digər sahələrdəki yatırımlarla da müqayisə etmək mümkündür.
FED.az-ın apardığı sadə hesablama göstərir ki, ASCO istiqrazlarına yatırım, iqtisadi cəhətdən hətta eyni məbləğdə şəxsi avtombil almaqdan daha sərfəlidir.
Sadə olması üçün hesablamanı 20 min dollar üzərindən aparmışıq.
20 min dollarlıq ASKO istiqrazları
20 min dollarlıq ASKO istiqrazı sahibinə ildə 1200 dollar və ya hazırki məzənnə ilə 2040 manat illik gəlir gətirəcək. Bu vəsait istiqraz sahibinə ildə 2 dəfə, 6 aydan bir, hər dəfə 1020 manat olmaqla ödəniləcək.
İstiqraz sahibi bu gəliri 5 il ərzind əldə edəcək və vaxtın tamamında istiqrazlara yatırdığı 20 min dolları, ABŞ dollarında geri alacaq.
20 min dollarlıq şəxsi avtomobil
20 min dollarlıq və ya 34 min manatlıq şəxsi avtomobil müxtəlif markalar və ya modellərdə ola bilər – hazırda ölkənin avtomobil bazarında seçim böyükdür.
Şəxsi avtomobil almaq istiqrazlar kimi gəlir gətirmir, əksinə, illik xərcləri var. Bəs bu məbləğə şəxsi avtomobil alan şəxsin illik xərcləri nə qədər olacaq? Gəlin hesablayaq:
Avtomobilə ayda 2 dəfə yanacaq vurulması – 100 manat, illik 1200 manat
Avtomobilin icbari sığortası – mühərrikin həcmindən asılı olaraq ildə 120-150 manat.
Avtomobilin KASKO sığortası – tutaq ki, avtomobil sahibi «qənaətcildir» və KASKO-ya pul xərcləməyəcək – 0 manat.
Avtomobilin mühərrikinin yağının dəyişməsi – orta hesabla ildə 2 dəfə - 200 manat.
Avtomobilin dəyşilən xırda detalları xərci, ümumilikdə – ildə 200 manat.
Avtomobilin parkinq xərcləri (Bakı şəhərində bunsuz mümkün deyil) minimum hesabla ayda 10-12 manat ildə 120-150 manat.
Avtoyuma xərci – ayda 10-12 manat- ildə 120-150 manat.
Amortizasiya xərcləri – dəyərinin 25%-nə qədər. Avtomobillər hər il dəyər itirir, avtomobilin iliköhnəldikcə və yürüşü artdıqca onun qiyməti tədricən azalır. Bu həm yeni, həm də köhnə avtomobillərə aiddir. Dövlət tərəfindən təsdiqlənmin normativlərdə avtomobillərin illik amortizasiya dərəcəsi maşının dəyərinin maksimum 25%-dək nəzərdə tutulub. Biz minimum həddi götürək 3%, yəni 600 dollar və ya 1020 manat.
Avtomobillərin cərimə xərci – tutaq ki, sürücü intizamlıdır – 0 manat.
Avtomobillərin qəza xərci – tutaq ki, sürücü ehtiyatlıdır – 0 manat.
Avtomobillərin texniki baxış xərci – 25-35 manat arasında.
Yekunda bu hesablamaya əsasən 20 min dollarlıq avtomobilin illik istismar xərci sahibinə təqribən 3 000 manata başa gəlir.
Hansını pula çevirmək daha asandır – MAŞINI, YOXSA İSTİQRAZI?
Bu müqayisədə ən mühüm məqamlardan biri – hansı yatırımı (avtomobili əslində yatırım deyil, passiv saya bilərik, burada əsl yatırım variantı istiqrazdır) pula çevirmək daha asandır?
Pula çevirmək – onu dərhal satmaq imkanıdır.
Avtomobili pula çevirmək
Avtomobillərin satışı ilə bağlı müddətlər fərqlidir. Müxtəlif hallarda bu müddət 1 saatdan 2-3 ayadək uzana bilər, satış prosesini sürətləndirmək olar, amma bu zaman endirim etməlisən, yəni vəsaitdə itirəcəksən.
ASCO istiqrazını pula çevirmək
ASCO istiqrazlarını isə pula çevirmək daha asandır. Bunun üçün investor müştərisi olduğu investisiya şirkətinə və brokerinə müraciət edərək satmaq istədiyini bildirir və istiqraz qısa müddətdə satılır.
Öqəmli məqam, hansı ki, ASCO istiqrazlarına pul yatırmaq istəyənlərin hamısı diqqət yetirməlidir – ASCO istiqrazlarında «market meyker», yəni avtomatik geri alım zəmanəti yoxdur.
Azərbaycanda istiqrazlara yatırılan pullar - BANK ƏMANƏTİ KİMİ SIĞORTA OLUNACAQ
Amma buna heç ehtiyac yoxdur – istiqrazın gəlirlilik səviyyəsinin yüksək olması onu bazarda dərhal özü də itkisiz reallaşdırmağa imkan verir. Çünki alıcı bilir ki, istinlən halda istiqraz illik 6% gəlir gətirir. İstiqrazı tez satmaq üçün gəlir olan hissənin 1-2%-ni endirim etmək kifayətdir.
Misal göstərək:
Məsələn 1 000 dollarlıq istiqrazı təcili satmaq istəyirik. ASCO istiqrazları fevralda buraxılacxaq, yəni ilk ödəniş – 30 dollar avqustda olacaq.
Tutaq ki, biz istiqrazı apreldə satmaq istəyirik. Alıcı bilir ki, bu istiqraz üzrə 60 dollarlıq gəlir gözlənilir. Bunun 30 dolları avqust 30 dollar isə 2024-ün fevralında olacaq. Ona görə də istirazı həvəslə 1000 dollardan baha qiymətə alır. Hətta faizi bir dəfə ödənilən istiqrazı satında da istiqrazın sahibi artıq 30 dollar qazanıb, və bazarlaşma gözlənilən 30 dollar üzərindən gedəcək.
Başqa sözlə, gəlirlilik elə yüksəkdir ki, geri alım zəmanətinə ümumiyyətlə ehtiyac qalmır.
Bəs biz maşınsız qalaq?
Müqayisə göstərdi ki, 20 min dollar pulu şəxsi avtomobil almayıb, ASCO istiqrazına yatıranda ildə təqribən 5 min manat irəli düşmək olar. Bunun 3 min manatı şəxsi avtomobilin illik xərclərinə qənaət, 2 min manat isə (2040 manat) istiqrazın gətirdiyi gəlirdir.
İstiqraz buraxan dövlət şirkətinin rəhbəri: «O istiqrazın ilk alıcısı mən olacam» - MÜSAHİBƏ
Bəs avtomobil lazım olarsa nə edək? – yeganə həll taksi xidmətləri ola bilər.
İl ərzində qənaət edilmiş 5000 manat gündə 14 manat, istirahər günlərini nəzərə almayanda 16 manat edir - bu məbləğ gündəlik taksi ehtiyaclarını ödəməyə imkan verir.
Əsas məsələ isə odur ki, taksi ilə hərəkət etmək istəməyən investor istədiyi vaxt dərhal istiqrazını pula çevirib, həmin 20 min dolları qaytara və özünə şəxsi avtomobil ala bilər.
Təbii ki, bu müqayisə ümumidir –
insanların, yəni potensial investorların gəlirləri, statusu, gəlir mənbələri və həyat tərzindn asılı olaraq bu müqayisənin nəticələri fərqli ola bilər.