"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) özünün ilk istiqraz emissiyasını - 100 milyon dollarlıq istiqraz buraxacağını elan edib.
FED.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, buraxılış çərçivəsində hər birinin nominal dəyəri 1 000 dollar olan 100 min ədəd istiqraz satışa çıxarılacaq.
İstiqrazların illik gəlirliyi 6%, tədavül müddəti 5 ildir. Faizlər ildə 2 dəfə – hər 6 aydan bir ödəniləcək.
Xatırladaq ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ölkənin ən böyük dövlət şirkətlərindəndir. Onun aktivləri 1,3 milyard manata çatır.
Şirkət mənfəətlə işləyir - 2020-ci ili 45 milyon manat. 2021-ci ili isə 51,8 milyon manat xalis mənfəətlə tamamlayıb.
Azərbaycanda dövlət şirkəti dollar istiqrazı buraxır – İLLİK 6% GƏLİR - DETALLAR

10:43
28 Dek 2022