COMEX birjasında gümüş üzrə fyuçers kontraktlarının qiyməti bir troya unsiyası üçün 60 dollardan aşağı enib.
FED.az xəbər verir ki, bu, 2025-ci il dekabrın 9-dan bəri ilk belə haldır.
Bakı vaxtı ilə saat 15:16-ya olan məlumata görə, gümüşün qiyməti 3,51% azalaraq bir troya unsiyası üçün 59,89 dollara düşüb.
Saat 15:20-də isə gümüş bir troya unsiyası üçün 59,91 dollar səviyyəsində ticarət olunub ki, bu da əvvəlki göstərici ilə müqayisədə 3,49% azalma deməkdir.















