28 aprel 2023-cü il tarixində “Gəncə Şərab -2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, iclasda Cəmiyyətin 2022-ci ildəki fəaliyyəti haqqında illik hesabatı, Cəmiyyətin mühasibat balansının təsdiqi, Mənfəətin bölüşdürülməsi, dividendlərin ödənilməsi qaydasının müəyyən edilməsi və müddəti müzkirə olunacaq.
Səhmdarların növbəti illik ümumi yığıncağının gündəliyinin materialları ilə müəssisənin mühasibatlığında tanış olmaq mümkündür.