Oktyabrın 9-da Bakı Fond Birjasında (BFB) «Ferrum Kapital» MMC-nin AZ2002022286 ISIN-li, 2 500 000 manat həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Birgadan FED.az-a verilən məlumata görə, yerləşdirmə zamanı hərrac qiyməti 1000 AZN olub, 6 investor tərəfindən 6 sifariş təqdim edilib. Maraqlıdır ki, sifarişlərin ümumi məbləği elə istiqrazların həcmi qədər - 2,5 milyon manat təşkil edib və bütün istiqrazlar yerləşdirilib.
İstiqrazların ödəmə tarixi 9 oktyabr 2021-ci ildir.