Mərkəzi ofisi ABŞ-ın Boston şəhərində yerləşən "Wellington Management Co.,", rəqəmsal pulları ciddi qəbul edən qurumlar sırasına qoşulur.
1 trilyon dollarlıq portfeli idarə edən fondun mütəxəssislərinin qələmə aldığı Fevral ayı hesabatına görə, portfelə bəzi kriptovalyutaların daxil edilməsi qiymətləndirilir.
Şirkətin verdiyi məlumatlara görə, sistemləri, Bitcoin-a bağlı törəmə məhsullarda əməliyyat aparmaq üçün təkmilləşdirilib.
Hesabatda, "Wellingto-nın müxtəlif komandaları hazırda "mədənçilik" və "blockchain" tətbiqlərindən istifadə etmək üçün mövqe tuturlar",- ifadəsi yer alıb.
Açıqlamda, Wellington-un, rəqəmsal pulları təqib etmək və yaratmaq üçün istifadə edilən komponentləri istehsal edən çip istehsalçılarına da investisiya etdiyi qeyd olunub.